Əsas səhifə Haqqımızda Xəbər lenti

Bir ev 17 dəfə avtomobil “hücumuna” məruz qalıb

Bir ev 17 dəfə avtomobil “hücumuna” məruz qalıb

Artıq ailə evin yanından keçən avtomobil yolunun dəyişdirilməsi üçün onlayn imza kampaniyasına start verib

 

İngiltərədə qəribə hadisə baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, sürətlə hərəkət edən avtomobil yaxınlıqda yerləşən bir evin divarlarına çırpılıb.

 

Qəza nəticəsində hadisəni törədən avtomobil sürücüsü nəzarətə götürülüb. Müayinə zamanı sürücünün içkili olduğu da müəyyən edilib.

 

Zərərçəkən ailə buna görə yerli rəhbərliyə şikayət etdiyini desə də, heç bir nəticə əldə olunmadığını bildirib.

 

Və işin qəribəliyi ondadır ki, bu, son 3 ildə həmin evə 17-ci dəfə avtomobil “hücumudur”. Artıq ailə evin yanından keçən avtomobil yolunun dəyişdirilməsi üçün onlayn imza kampaniyasına start verib.

Müəllif: Ayna.az      16 Avqust 2019 10:42
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin