Əsas səhifə Haqqımızda Xəbər lenti

Şadlıq evinin qarşısında iki nəfəri qanına qəltan ediblər

Şadlıq evinin qarşısında iki nəfəri qanına qəltan ediblər

Dünən gecə 22:47-də Təcili Yardıma çağırış gəlib

 

Binəqədi rayonunun 9-cu mikrorayon ərazisində bıçaqlanma hadisəsi baş verib. “Üzeyir” şadlıq evinin həyətində 2 nəfər bıçaqlanıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, gecə 22:47-də Təcili Yardıma çağırış gəlib. Təcili Yardım qrupu hadisə yerinə gedib.

 

57 yaşlı kişi sağ bazunun kəsilmiş yarası, 24 yaşlı kişi üzün və döş qəfəsinin arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə (KTM) aparılıb.

Müəllif: Ayna.az      15 Avqust 2019 11:27
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin