Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakı sakini yüz manat borca görə mağazanı partlatmaq istədi - Polisə zəng edib özünü şikayət etdi

Bakı sakini yüz manat borca görə mağazanı partlatmaq istədi -    Polisə zəng edib özünü şikayət etdi

Onun psixi xəstə olduğu məlum olub

 

Bakı sakini polisə zəng edərək etiraf edib ki, 100 manat borcu olduğu mağazanı partlatmaq istəyir. AYNA bildirir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

 

Məlumata görə, 1974-cü il təvəllüdlü Qəribov Qalib Qərib oğlu avqustun 12-də saat 20:27-də  “102” telefon xidmətinə zəng edib. Kişi bildirib ki, Xətai rayonu, Dostluq küçəsində yerləşən “Mayak” mağazasına pul borcu var.

 

Şikayətçi bu səbəbdən ticarət obyektini partlatmaq istədiyini deyib. Lakin 37-ci Polis bölməsinin əməkdaşları onu taparaq saxlayıblar. Saxlanılan Q.Qəribovun psixi xəstə olduğu üzə çıxıb.

 

Asayiş keşikçiləri onu 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdiriblər.

Müəllif: Ayna.az      15 Avqust 2019 08:18
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin