Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda qəza: iki avtomobil toqquşub, ölən var

Bakıda qəza: iki avtomobil toqquşub, ölən var

Sürücü sıxılmış avtomobildən çıxarılaraq aidyyəti üzrə təhvil verilib

 

Bu gün axşam saatlarında paytaxın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA Oxu.Az-a istinadən xəbər verir ki, qəza körpüdə qeydə alınıb. Hadisə zamanı “Toyota” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

 

Hadisə şahidlərinin bildirdiyinə görə, “Toyota” markalı avtomobilin sürücüsü tuneldə yol-hərəkəti qaydasını pozaraq əks yola çıxıb. Bu zaman nəqliyyat vasitəsi “Mercedes”lə toqquşub.

 

İlkin məlumata görə, hər iki avtomobildə olan ümumilikdə beş nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərbənin gücündən “Mercedes” markalı avtomobilin sürücüsü avtomobildə sıxılı vəziyyətdə qalaraq ölüb.

 

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin, DYP, təcili tibbi yardım briqadasının və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü sıxılmış avtomobildən çıxarılaraq aidyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar hər iki istiqamətdən körpüyə giriş-çıxış bağlanıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      1 Noyabr 2020 23:58
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin