Əsas səhifə Haqqımızda Xəbər lenti

Kişinin qollarına qandalı da gərək kişi vursun, ay namərd erməni!

Kişinin qollarına qandalı da gərək kişi vursun, ay namərd erməni!

Bir millət nə qədər rəzil və ləyaqətsiz ola bilər ki, hər kəsin nifrətini qazana?!

 

Bir zamanlar ölkəmizdə kimisə təhqir edəndə “erməni” deyirdilər və “erməni” jarqonu ən ağır təhqir ifadəsi hesab olunurdu. Xüsusən də bu ifadə illər əvvəl daha çox işlədilirdi. Amma zaman-zaman nədənsə sıradan çıxmağa başladı.

 

Əvvəllər düşünürdüm ki, görəsən, kimisə təhqir edəndə niyə “erməni” deyərək təhqir edirlər? Düzdür, bunu az-çox 1990-cı illərdə Qarabağın işğal olunması, ermənilərin göstərdiyi vəhşilik və xəyanətlə əlaqləndirib, yaş etibarı ilə həmin dövrə mənsub olan insanların kininə və bundan doğan təbliğinə bağlayırdım.

 

Lakin Azərbaycan Ordusunun sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində başladığı əks-hücum, anti-terror əməliyyatları çərçivəsində işğaldan azad edilən yaşayış məntəqələrində ermənilərin barbarlığını görəndən sonra, onların həqiqətən də “erməni” olduğunu və “erməni” müraciətinin niyə təhqir ifadəsi kimi işlədildiyinin fərqinə vardım. Axı, bir toplum nə qədər qəddar, vəhşi və vandal ola bilər ki, yaşayış olmayan yerlərdə təbiətə divan tuta, həmin yerlərdə bircə dənə də olsun, ağac saxlamaya?! Axı, bir toplum nə qədər quldur ola bilər ki, işğal etdikləri ərazilərdə evlərin damına qədər uçura?! Axı, bir toplum nə qədər zəlil ola bilər ki, işğal edilən torpaqların bir gün geri qayıtma ehtimalını bildiyi üçün, həmin yerlərə divan tuta?! Mən hələ cəbhədən kənar dinc əhalinin - körpələrin, qadınların, yaşlıların qətlə yetirilməsini, mülki obyektlərin viran qoyulmasını demirəm. Yəni, bir millət nə qədər rəzil və ləyaqətsiz ola bilər ki, tanıyıb-bilən hər kəsin nifrətinə tuş gələ?!

 

Məsələ burasındadır ki, ermənilər özləri də yaşadıqları mühitdə az qala hər kəsin onlara nifrət etdiyini bilirlər. Bilirlər və bunun üçün də işğalçı imperiyanın ətəyindən yapışırlar. Demək ki, problem onların kökündə və qanındadır ki, istər düşmən, istərsə də dost olan hər kəslə eyni formada rəftar edirlər. Yəni, ermənilərin dostlarına da, düşmənlərinə də eyni riyakar münasibət sərgiləmələri millət olaraq onların qanlarının xarab, köklərinin isə pozuq olmasından xəbər verir.

 

Bu arada “Atları yəhərləyin” filmindən bir səhnəni xatırlamaq yerinə düşər. Belə ki, filmdə kəndxudadan (Həsən Əbluc) şikayətçi olan kənd sakini İbiş (Şahmar Ələkbərov) Nəbinin (Həsənağa Turabov) yanına gəlib kəndxudanın onun namusuna sataşdığını deyir. Nəbi isə kəndxudanı dövrün ən sərt cəzası ilə - bığını kəsməklə cəzalandırır və İbişi onun yerinə kəndxuda təyin edir. Lakin filmin sonunda Nəbiyə, məhz namusunu təmizlədiyi İbiş xəyanət edir və onu Çar rejiminin nümayəndəsi Səlim bəyə (Rasim Balayev) satır. Hətta, Səlim bəyə daha xoş görünmək üçün Nəbinin qollarına qandalı da özü vurmaq istəyir. Lakim Səlim bəy İbişin timsalında bütün “ibişlərə” möhtəşəm ismarıc göndərir: “Kişinin qollarına qandalı da gərək kişi vursun”.

 

Azərbaycanlılarla Azərbaycan torpaqlarında çiyin-çiyinə yaşayan, azərbaycanlılara sığınan ermənilər, hər zaman ilk fürsətdə Azərbayacana və azərbaycanlılara xəyanət ediblər. Qoynumuzda bəslədiyimiz ilanlar “İbiş” rolunu oynayıb və ilk fürsətdə “qollarımıza qandal vurubar”. Yenə də xarab qan və pozuq kök özünü göstərib.

 

Fikrimə, erməniləri ən uyğun formada təsvir edən bir hekayə ilə son vermək istəyirəm:

 

Bir gün Cavad xan Şuşadan Gəncəyə qayıdırmış. Yolda bir çay kənarında dayanıb, günorta namazını qılır. Sonra oturub bir az istirahət edir. Birdən bir uşağın başqa uşaqlar tərəfindən döyüldüyünü görüb, onlara yaxınlaşır. Bu uşağı niyə döydüklərini soruşur. Uşaqlar onun oğurluq etdiyini, ona görə də onu döydüklərini deyirlər. Cavad xanın uşağa yazığı gəlir və onu özü ilə Gəncəyə aparır. Bu kimsəsiz uşaq onun sarayında yaşayıb onun xidmətçisinə çevrilir. Burada böyüyüb, boya-başa çatır.

 

Bu uşaq Aşot adlı bir erməni uşağı idi. Bu vaxtlar Gəncə bazarına başqa ölkələrdən çoxlu tacirlər gəlirmiş. Onların içərisində erməni tacirləri də olurmuş. Aşot Gəncəyə gələn erməni tacirləri ilə dostlaşır. Gəncə erməni tacirlərin xoşuna gəldiyi üçün, Aşotdan onların Gəncədə məskunlaşmasına kömək etməsini xahiş edirlər. Aşot Cavad xandan ermənilərin Gəncədə yaşaması üçün icazə istəyir. Cavad xan da xidmətçisinin arzusunu yerinə yetirir. Gəncənin gözəl yerində erməni tacirlər özləri üçün ev və kilsə tikdirir və Gəncəyə çoxlu erməni ailələri köçüb gəlir.

 

1803-cü ilin dekabrında rus qoşunları Car-Balakəni işğal etdikdən sonra Gəncəyə yaxınlaşır və “Quru qobu” adlı yerdə düşərgə salırlar. Rus general Sisyanov hədə-qorxu dolu məktub yazaraq, öz elçisini Cavad xanın yanına göndərir ki, şəhəri ruslara təslim etsin. Cavad xan gürcü mənşəli bu generala yaxşı bələd olduğu üçün rusların Carda insanlara necə divan tutduğunu da yaxşı bilirdi. Cavad xan rus elçisinə rədd cavabı verib, sona qədər vuruşacaqlarını bildirir. Cavad xana məktub gətirən elçinin sözlərini Aşot da eşidir. O, gecə vaxtı gizlicə Gəncədə yaşayan varlı bir erməni tacirin yanına gedir və vəziyyəti ona danışır. Tacir Gəncədə yaşayan bütün erməniləri bir yerə yığıb vəziyyəti müzakirə edir və gizlicə Sisyanovun yanına adam göndərib, ondan aman istəyirlər. Ermənilər ümid edirlər ki, ruslar Gəncəni türklərdən alıb, “Rusiyaya sədaqətli” xristian ermənilərə verəcək.

ŞƏHADƏTİ İLƏ ÖLÜMSÜZLÜYƏ UCALDI CAVAD XAN! - ONN İnformasiya Agentliyi

Sisyanovun əsgərləri Gəncəyə hücum edəndə ermənilər şəhər qapılarını rus əsgərlərinin üzünə açırlar. Bu vaxta qədər şəhəri ala bilməyən ruslar asanlıqla şəhərə daxil olub, Gəncə əhalisinə divan tuturlar. Cavad xan başda olmaqla, gəncəlilər əllərinə silah alıb, ruslarla vuruşanda, gözlərinə inanmırlar. Çünki şəhərə soxulub onlara atəş açan rus əsgərlərinin içində ermənilər də var idi. Başlarında da Aşot.

 

Məhz, Aşotun açdığı qəfil güllə Cavad xanın ürəyinə tuş gəlir. Cavad xan “ay namərd erməni” deyərək yerə yıxılır. Rus general Lisaneviç ikinci gülləni xanın başından vurur və Cavad xan yerindəcə dünyasını dəyişir. Xanın oğlu Hüseynqulu ağa namərd ermənini qılıncla vurub yerə sərir. Lakin rus əsgərlərinin acdığı atəş nəticəsində Hüseynqulu ağa da öldürülür və şəhər düşmənin əlinə keçir...

Müəllif: Mərahim Nəsib      1 Noyabr 2020 22:55
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin