Əsas səhifə Haqqımızda Xəbər lenti

İzmirdə zəlzələ nəticəsində 6 bina dağılıb

İzmirdə zəlzələ nəticəsində 6 bina dağılıb

Təkanların ocağı yerin 16,54 kilometr dərinliyindədir

 

Türkiyənin İzmir şəhərində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində bəzi tikililər dağılıb. AYNA qardaş ölkə mətbuatına istinadən bildirir ki, bu barədə İzmir valisi Yavuz Selim Kösger hadisə barədə ilkin məlumatda bildirib.

 

Məlumatda şəhərin Bayraklı və Bornova bölgələrində binaların dağıldığı, ərazidə toz dumanın olduğu bildirilir. Hazırda əraziyə xüsusi xilasedici briqadalar cəlb olunub. Xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.

 

İndiyə qədər İzmirin Bornova və Bayraklı rayonlarında altı binanın dağılması barədə məlumat daxil olub. Bunu isə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

 

O, bildirib ki, ölkənin Uşak, Dənizli, Manisa, Balıkesir, Aydın Muğla bölgələrində də binalarda müxtəlif çatlar meydana gəlib.

 

Xatırladaq ki, bu gün yerli vaxtla saat 14.51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələdən baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla ölkənin Marmara bölgəsində hiss edilib. Otuz saniyə davam edən zəlzələnin episentri İzmir vilayətinin Seferihisar rayonudur. Təkanların ocağı yerin 16,54 kilometr dərinliyindədir.

 

Müəllif: Ayna.az      30 Oktyabr 2020 17:03
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin