Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda COVID-19-a sutkalıq yoluxmada yeni rekord qeydə alınıb

Azərbaycanda COVID-19-a sutkalıq yoluxmada yeni rekord qeydə alınıb

Daha 1022 nəfər yoluxub, 480 nəfər sağalıb, 10 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 1022 yeni yoluxma faktı qeydə alınıb, daha 480 nəfər sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 54 min 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 996 nəfər müalicə olunaraq sağalıb, 718 nəfər vəfat edib. Aktiv xəstə sayı 10460 nəfərdir.

 

Ötən müddət ərzində 1 milyon 341 min 466 test aparılıb. Bugünkü test sayı isə 10179-dUr.

Müəllif: Ayna.az      30 Oktyabr 2020 15:30
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin