Əsas səhifə Haqqımızda Xəbər lenti

Şagirdlər üçün VPN-siz işləyən platformalar tətbiq ediləcək - NAZİR

Şagirdlər üçün VPN-siz işləyən platformalar tətbiq ediləcək -     NAZİR

Emin Əmrullayev: “Distant təhsil heç bir təhsil olmamasından faydalıdır”

 

Ölkədə bir sıra onlayn platformaların işinin bərpası istiqamətində işlər aparılıb. AYNA xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev təhsillə bağlı keçirdiyi brifinqdə deyib.

 

E.Əmrullayev söyləyib ki, şagirdlər üçün istifadə olunacaq platformalar VPN-siz işləyəcək: “Bununla bağlı aidiyyəti orqanlarla birgə testlər aparılıb. Bir çox hallarda görürük ki, insanların VPN-lərdən istifadəsi problem yaradır. Şagirdlər üçün istifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək”.

 

Təhsil naziri müəllimlərin “WhatsApp”da dərs keçməsinə də münasibət bildirib: “Bu gün ölkədə şagirdlərin distant təhsildən istifadə coğrafiyası dəfələrlə genişlənib. Bu nəticə istənilən səviyyədə olmasa da, ona doğru gedilir. Əlbəttə, bu, çətindir. Amma irəliyə doğru atdığımız addım arzuladığımız yerə çatdırır. Distant təhsil heç bir təhsil olmamasından faydalıdır. Distant təhsil təcrübəsi əsasında müəllimlərdə də təcrübə formalaşır”.

 

E.Əmrullayev qeyd edib ki, heç bir öyrənməmənin baş verməməsi müqabilində müəllimin “WhatsApp”, ya ənənəvi olmayan yollarla şagirdlərinə nəsə öyrətməsi təqdirəlayiqdir.

Müəllif: Ayna.az      30 Oktyabr 2020 11:49
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin