Əsas səhifə Haqqımızda Xəbər lenti

Neftimizin qiyməti 39 dollara düşdü

Neftimizin qiyməti 39 dollara düşdü

Azərbaycan nefti kəskin ucuzlaşır

 

Dünya birjalarında neft qiymətləri bahalaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar artaraq 39,19 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,13 dollar bahalaşaraq 37,52 dollar olub.

 

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,26 dollar ucuzlaşaraq 39,26 dollar təşkil edib.

 

Qeyd edək ki, “qara qızıl”ın qiyməti qlobal miqyasda koronavirusa yoluxma hallarındakı artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

Müəllif: Ayna.az      29 Oktyabr 2020 11:51
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin