Əsas səhifə Haqqımızda Xəbər lenti

Ermənistan Bərdəyə raket atıb: ölənlər və yaralılar var

Ermənistan Bərdəyə raket atıb:       ölənlər və yaralılar var

Prezidentin köməkçisi Bərdəyə raket hücumu ilə bağlı məlumat paylaşıb

 

“Ermənistanın Bərdə rayonuna etdiyi nəhəng raket hücumu nəticəsində 3 mülki şəxs həlak olub və 10 nəfər uşaq və qadın ağır yaralanıb. Ermənistanın hərbi cinayətləri davam edir”.

 

AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

 

“Bu gün Ermənistan Müdafiə Nazirliyi sərt zərbə endirəcəyinə dair açıqlama vermişdi. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturlar”, - o qeyd edib.

Müəllif: Ayna.az      27 Oktyabr 2020 18:02
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin