Əsas səhifə Haqqımızda Xəbər lenti

Vətəndaşlar açıq məlumatları necə əldə edə bilərlər?

Vətəndaşlar açıq məlumatları necə əldə edə bilərlər?

OPENDATA.AZ vasitəsi ilə dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapa, yükləyə və istifadə edə bilərsiniz

 

Bu gün dünyada ictimai nəzarətin təşkili, şəfaflıq və hesabatllığın, ictimai iştirakçılığın təmin edilməsinin əsas vasitələrindən biri olan Açıq məlumatlar konsepsiyası (Open data)  geniş vüsət almaqdadır.

 

Açıq məlumatlar konsepsiyası (open data) nədir?

 

Açıq məlumatlar konsepsiyası (open data) - müəyyən məlumatların müəllif hüququ, patent və digər nəzarət mexanizmləri ilə məhdudlaşdırılmadan texniki vasitələr tərəfindən oxunan və emal istifadə edə bilən olması  ideyasını əks etdirir. “Creative Commons” kimi pulsuz lisenziyalar vasitəsilə məlumatlarınızı müəllif hüquqları məhdudiyyətlərindən azad edə bilərsiniz. Əgər hər hansı bir verilənlər bazası ictimai mülkiyyətdə deyilsə, yaxud sərbəst istifadəyə icazə verən bir lisenziyaya bağlı deyilsə, İnternetdə texniki vasitələr tərəfindən oxunaqlı bir  formada yerləşdirilsə belə, açıq hesab edilmir.

 

2000-ci illərin ikinci yarısından açıq məlumat ideyasının populyarlığının artması ilk növbədə Data.gov kimi hökumət təşəbbüslərinin başlanması ilə əlaqələndirilir. Açıq məlumatlar - açıq mənbə, açıq məzmun və açıq giriş kim anlayışları da ehtiva edir. Açıq məlumat tərəfdarları  məhdudiyyətləri ictimai mənfəətə zidd olduğuna inanırlar və ictimai əhəmiyyətli məlumatların məhdudlaşdırılmadan və ödənişsiz əldə edilə bilməsinə tərəfdar çıxırlar. Verilənlərin sonrakı icazə tələbləri olmadan mövcud olması da vacibdir, baxmayaraq ki,  verilənlər bazasından məhsullar yaratmaq kimi təkrar istifadə yolları lisenziya ilə idarə oluna bilər.

 

Açıq Hökumət Tərəfdaşlığı və Open data

 

Açıq məlumatlar konsepsiyasından irəli gələrək  dövlət orqanlarının və şirkətlərinin, ictimai funksiyalar yerinə yetirən şirkətlərin ictimai əhəmiyyətli məlumatları açıqlamaq öhdəliyinin məzmununun genişləndirilməsi ictimai nəzarətin təşkili, şəffaflıq və hesabatlılığın, ictimai iştirakçılığın təmin edilməsinin genişlənməsində mühüm rol oyandı. Çünki bütün bu fəaliyyətlər, araşdırmalar, tədqiqatlar aparılması, ictimai ekspertiza üçün müvafiq bilgilər, məlumatalar,  statistika və s. zəruridir, bu növ informasiyanın əlçatan olması çox vacibdir. Bu cür məlumatların açıqlanması və texniki vasitələr tərəfindən oxunaqlı formada açıq giriş üçün yerləşirilməsi dövlət orqanları və şirkətlərinin, ictimai funksiyalar yerinə yetirən şirkətlərin də məsuliyyətini artırdı. Bu onların daha cavabdeh və məsuliyyətli olmasını şərtləndirdi.  Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün  (AHT) də əsas missiyasından biri hökumətlərin daha açıq, şəffaf, hesabatlı olmasıdır. Bu ideyanın gerçəkləşməsi vasitələrindən biri kimi  məhz Açıq məlumatlar konsepsiyasının praktikada  reallaşması nəzərdən  keçirilir.

 

Azərbaycanda OPENDATA.AZ portalı

 

Azərbaycan Respublikası 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulub. Azərbaycan hökuməti  Açıq Hökumət Tərəfdaşlığına qoşulmaqla açıq hökumətin təşviqi və şəffaflığın artırılması ilə əlaqədar  öz  fəaliyyətini təkmilləşdirmək, bu sahədə aparılan təcrübə mübadiləsinə töhfə vermək və beynəlxalq səylərə qoşulmaq niyyətini bildirib.

 

“2012-2015-ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı” Azərbaycan Prezidentinin 2421 saylı, 5 sentyabr  2012-ci  il  tarixli fərmanı ilə təsdiqlənib.  Milli  Fəaliyyət Planının əsas  prinsip və dəyərləri Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və yeni sosial  texnologiyaların  tətbiqi  ilə əlaqədar idi. 27 aprel 2016-cı il tarixdə AR Prezidentinin  müvafiq sərəncamı ilə təsdiqlənən,  “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda Açıq hökumət məlumat bazalarının  inkişaf  etdirilməsi ilə bağlı  tədbilərin həyata keçirilməsi də nəzərdə tutulmuşdu.

 

Bu istiqamətdə Azərbaycanda artıq  ilkin addımlar atılıb. Açıq məlumatlar Açıq Hökümət təşəbbüsünün bir hisssəsi,  Elektron Höküməti bir  elementi kimi OPENDATA.AZ portalı yaradılıb.

OPENDATA.AZ portalı vasitəsi ilə cəmiyyət dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapa, yükləyə və istifadə edə bilər. Portal dövlət orqanlarının məlumatlar toplusunun təsvirini, o cümlədən məlumatlar  toplusuna və əlavə vasitələrə giriş   tapmaq  üçün informasiyanı özündə əks etdirir. Məlumatlar və məlumatlar  toplusunun siyahısı müntəzəm olaraq  təkmilləşdirilir.

 

Açıq məlumatlara rahat giriş imkanı, əlavə dəyərin yaradılması-innovativ ideyaların rəğbətləndirilməsi, təhlil və tədqiqatların asanlaşdırılması, dövlət orqanlarının effektivliyinin və səmərəliliyinin artırılması portalın məqsədləri kimi bəyan edlib. Portalda 19  kateqoriyada  42  qurumun  açıq məlumatları yerləşdirilib.

 

Bu məqalə AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən  maliyyələşdirilən və “Tolerantlıq” Sosial Araşdırmalar İB tərəfindən icra olunan “Bilgili Vətəndaş”  Maarifləndirmə Kampaniyası  layihəsi çərçivəsində dərc olunur.

Müəllif: Ayna.az      27 Oktyabr 2020 18:34
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin