Avtobus və taksilər üçün xüsusi yerlər ayrılacaq

Avtobus və taksilər üçün xüsusi yerlər ayrılacaq

Piyadalar üçün piyada keçid məsafəsinin azaldılması və gözləmək üçün daha geniş səkinin təmin edilməsi nəzərdə tutulub

 

Paytaxtın Məhəmməd Hadi küçəsində yol hərəkətinin təhlükəsizliyinin artırılması, fövqəladə hallar zamanı operativ nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yol infrastrukturunda bir sıra dəyişikliklər həyata keçirilir. Bu barədə AYNA-ya BNA-nın mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, nəzərdə tutulan işlər çərçivəsində Məhəmməd Hadi küçəsində layihələndirmə işləri aparılıb. Bu zaman müasir küçə dizaynının elementlərindən istifadə edilib.

Əsas dəyişikliklər səkilərin yolun hərəkət hissəsinə doğru genişləndirilməsi vasitəsilə təşkil ediləcək ki, bunun da bir sıra üstünlükləri var:

 

- Piyadalar üçün piyada keçid məsafəsinin azaldılması və gözləmək üçün daha geniş səkinin təmin edilməsi;

 

- Ərazidə müşahidə edilən xaotik parklanma vəziyyətinin nizamlanması;

 

- Yol kəsişmələrində nəqliyyat vasitələri üçün münasib dönmə radiuslarının təşkili;

 

- Avtobus və taksi minik avtomobilləri üçün xüsusi yerlərin ayrılması.

 

Qeyd edək ki, işlərin bu ay ərzində yekunlaşması nəzərdə tutulub. Analoji tədbirlər yol infrastrukturunun imkan verdiyi digər küçələrdə də icra ediləcək.

Müəllif: Ayna.az      14 Avqust 2019 13:49
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin