Əsas səhifə Haqqımızda Xəbər lenti

Rusiyadan qaçdım, amma Qərbə çatmadım - Paşinyan ermənilərə fəlakət yaşadır

Rusiyadan qaçdım, amma Qərbə çatmadım -       Paşinyan ermənilərə fəlakət yaşadır

Valentin Vasilesku: “Ermənistan Vaşinqtondan istədiyi yardımı almaq üçün hansı xidmətləri göstərib?”

 

“Hərb elminin atası sayılan Karl fon Klauzevitz, müharibənin diplomatik yolların uğursuzluğundan sonra konfliktin hərbi yolla inkişafı olduğunu söyləyirdi. Ancaq, göründüyü kimi, Baş Nazir Nikol Paşinyanın 2018-ci ildən bəri oxuduğu yeganə kitab, Ermənistanın NATO-ya qoşulma prosesinə başlamaq üçün bir layihədir. Paşinyanın illüziyalarına görə, bu yolla Ermənistan Moskvanın çətiri altında olduğundan daha yaxşı qorunacaq”.

 

Bu fikirləri rumıniyalı hərbi-siyasi ekspert Valentin Vasilesku, Ermənistan Prezidenti Armen Sarkisyanın Brüsselə gözlənilməz işgüzar səfərini AYNA-ya şərh edərkən səsləndirib. Onun sözlərinə görə, Azərbaycanın keçirdiyi hərbi əməliyyatların inkişafı fonunda, İrəvanın NATO və ABŞ-dan istədiyi dəstək cəhdləri heç biri nəticə vermədi və heç vaxt da verməyəcək.

Валентин Василеску: «Армении придется потерять Карабах, но в этой жизни  нужно за все платить» - ZERKALO.AZ - Новости Азербайджана и мира.

“Görəsən, Paşinyanın fikrincə, Ermənistan Vaşinqtondan istədiyi yardımı almaq üçün hansı xidmətləri göstərib? Yoxsa, NATO-ya onsuz da faktiki iflic olmuş Ermənistan ordusu necə faydalı ola bilər? Paşinyan Sarkisyan vasitəsi ilə NATO-nu Qarabağdakı ehtimal edilə bilən hərbi bazalar yerləşdirmək perspektivi ilə şirnikləndirməyə çalışdı. Lakin Paşinyan ABŞ-ın Azərbaycan qarşısında Ermənistana münasibətdə olmayan böyük öhdəliklərin mövcudluğunu nəzərə almadı. Prezident İlham Əliyev Vaşinqton və Moskva üçün vazkeçilməz olmaq üçün çox səy göstərib”, - mütəxəssis bildirib.

 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, hərbi əməliyyatlar başladığı ilk günlərdən etibarən Azərbaycan strateji hədəflərə çatıb: “Zərbə dronları zirehli maşınlara, artilleriya silahlarına, hava hücumundan müdafiə sistemlərinə ciddi ziyan vurdu, ən çox döyüşə hazır olan piyada birləşmələrini məhv etdi və bu amillər də birlikdə bütün istiqamətlərdə düşmənin müdafiə xətlərini yarmağa imkan verdi. Artıq bir neçə dəfə demişdim ki, Ermənistan PUA ilə mübarizə aparmaq üçün yeni sistemlər əldə etməyə cəhd də etməyib. Çünki tam olaraq Sorosa aid olan bu hökumətin Rusiya ilə bütün əlaqələrini kəsməsi lazımdır. İndi baş verənlər də tam olaraq budur. Rusiya bu müharibəyə qarışmayacaq, Azərbaycan hərb yolu ilə Qarabağı geri alır. Bütün bunları əlində bəhanə edən İrəvan da tam olaraq Qərbə qaçacaq”.

 

Hücum sürətinin qiymətləndirilməsi ilə bağlı sualı cavablandıran Vasilesku hesab edir ki, daha sürətlə irəliləmək mümkündür, amma irəliləyişə daha kiçik itkilərlə nail olmaq məqsədəuyğundur: “Azərbaycan hara tələsir? Beynəlxalq vəziyyət Azərbaycan üçün əlverişlidir və yaxın gələcəkdə də belə olaraq qalacaq. Və bu, Azərbaycan Ordusu üçün faydalı və az itki ilə irəliləməyə imkan verəcək - Qarabağ tamamilə azad olunana qədər”.

 

“Hazırda rəsmi İrəvan Dağlıq Qarabağı nə müstəqil, nə də Ermənistanın bir hissəsi kimi tanıyır. Bəs, Paşinyanın Qarabağı Azərbaycandan ayrı olaraq tanıması xahişi ilə beynəlxalq birliyə müraciətində nə məna var? Buna görə də təbii bir sual ortaya çıxır: Dağlıq Qarabağda boş yerə ölən gənclərin həyatına görə kim cavabdehdir? Və bu qırğına getməyin səbəbi nə idi? Yalnız bir cavab var: ağılsızlıq və Paşinyanın nəyin bahasına olursa-olsun, hakimiyyətdə qalmaq istəyi”, - deyə ekspert vurğulayıb.

Müəllif: Yusif Poladov      27 Oktyabr 2020 19:48
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin