Əsas səhifə Haqqımızda Xəbər lenti

Düşməndən yeni təxribat: Gələn məktublara inanmayın - FOTO

Düşməndən yeni təxribat: Gələn məktublara inanmayın -       FOTO

Ermənilər Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar yayır

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin kibermühitdə növbəti uğursuz təxribatını qeydə alıb.

 

Nazirlikdən AYNA-ya bildirilib ki, vətəndaşlara elektron poçt üzərindən göndərilən saxta məktublarda guya 2020-ci il noyabrın 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılacağı və fond vəsaitlərinin dövlətin hərbi ehtiyaclarına, düşmənin tam məğlubiyyətinə yönləndiriləcəyi qeyd olunur.

 

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Həmçinin bu kimi hallarla üzləşdiklərində, “1654” qaynar xətti, “www.cert.az” saytı və ya “reports@cert.az” elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

Müəllif: Ayna.az      26 Oktyabr 2020 15:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin