Əsas səhifə Haqqımızda Xəbər lenti

Ermənistan PKK terrorçularına Azərbaycan hərbi forması geyindirir

Ermənistan PKK terrorçularına Azərbaycan hərbi forması geyindirir

Düşmənin əsas məqsədi Azərbaycan Ordusunu çaşdırmaqdır

 

Kəşfiyyat mənbələrindən əldə edilən məlumata görə, Ermənistan tərəfi terror qruplarını Dağlıq Qarabağın Şuşa bölgəsinə yerləşdirilib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, PKK terrorçularının Azərbaycan hərbi forması geyindiklərinə diqqət çəkən mənbələr, ermənilərin əsas məqsədi Azərbaycan Ordusunu çaşdırmaq və terrorçular öldüyü zaman onları Azərbaycan tərəfində vuruşan suriyalı terrorçu kimi qələmə verməkdir.

 

Qeyd edək ki, daha öncə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Dağlıq Qarabağdakı cəbhə xəttində PKK terrorçularından istifadə etdiyini bildirmişdi.

Müəllif: Ayna.az      26 Oktyabr 2020 08:14
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin