Əsas səhifə Haqqımızda Xəbər lenti

Vaşinqton görüşündən ümidverici gözlənti

Vaşinqton görüşündən ümidverici gözlənti

Düşünürəm ki, ABŞ Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli variantını dəstəkləyəcək

 

Bu gün Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşündə hər hansı razılaşma əldə olunarsa, bu, istənilən halda Trampın seçki reytinqinə də müsbət təsir göstərəcək. Keçirilən rəy sorğularına görə, Demokratların namizədi Co Bayden hələlik irəlidə olsa da, strateji baxımdan Respublikaçı Trampın qələbəsi ABŞ-ın Çinə qarşı başlatdığı və mahiyyətində yeni dünya düzəninin qurulmasını özündə ifadə edən siyasətin tamamlanması üçün çox vacibdir.

 

Nəzərə alsaq ki, Trampın qələbə çalması Rusiya və Türkiyənin maraqlarının təmini baxımından da daha sərfəlidir, o halda gözləmək olar ki, bu gün Vaşinqtonda keçirilən görüşdə Pompeo Dağlıq Qarabağ məsələsində Rusiya və Türkiyənin dəstəklədiyi həll variantını tərəflərə qəbul etdirməyə çalışacaq.

 

Gözləntim odur ki, Putinin dünənki açıqlamalarından sonra ABŞ da Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini və bölgədə sülhməramlı kimi Rusiya və Türkiyənin birgə iştirakını təmin edəcək variantın qəbulunu dəstəkləyəcək.

 

Əlbəttə, istənilən halda bu danışıqlarda əlimizi, mövqeyimizi gücləndirəcək, bütün dünya güclərini bizimlə hesablaşmağa vadar edəcək bircə faktor var - Azərbaycan Ordusunun qətiyyəti, şücaəti və bu arada mümkün qədər çox strateji mövqelər əldə etməsi.

 

Çünki bu mövqelərin əldə edilməsi Prezident İlham Əliyevin "Dağlıq Qarabağda heç bir referendum olmayacaq" bəyanatını praktik olaraq reallığa çevirməklə yanaşı, hələ də Qərb və Rusiya arasında vurnuxan Ermənistanı tam şəkildə kapitulyasiyaya sövq edəcək!

 

Allah Ordumuza tezliklə "Laçın dəhlizi"ni və Kəlbəcər yolunu tam bağlamaqla, düşməni məngənəyə salmağı və Xankəndidə, Şuşada qələbə bayrağımızı ucaltmağı nəsib etsin!

 

Elxan Şükürlü

Müəllif: Ayna.az      23 Oktyabr 2020 14:56
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin