Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanın mülki itkilərinin sayı açıqlandı

Azərbaycanın mülki itkilərinin sayı açıqlandı

63 mülki şəxs həlak olub, 298 nəfər yaralanıb

 

Erməni təxribatı nəticəsində Azərbaycanda ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında qeyd olunub.

 

Bildirilib ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 298 nəfər yaralanıb.

 

Eyni zamanda, 398 mülki obyekt, 90 yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binası və 2156 yaşayış evi yarasız vəziyyətə düşüb.

Müəllif: Ayna.az      23 Oktyabr 2020 12:37
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin