Əsas səhifə Haqqımızda Xəbər lenti

“Qara qızıl”ın qiyməti ucuzlaşır

“Qara qızıl”ın qiyməti ucuzlaşır

Azərbaycan neftinin qiyməti isə 1 dollardan çox bahalaşıb

 

Dünya birjalarında neft qiyməti ucuzlaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,27 dollar geriləyərək 42,19 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar ucuzlaşaraq 40,33 dollar olub.

 

Azərbaycan neftinin qiyməti isə bahalaşır. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,14 dollar artaraq 42,63 dollar təşkil edib.

 

Qeyd edək ki, “qara qızıl”ın qiyməti qlobal neft tələbatının bərpa prosesinin ləngidiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

Müəllif: Ayna.az      23 Oktyabr 2020 11:19
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin