Rusiyadan kritik Suriya açıqlaması, son addımı atmağa hazırlaşırlar

Rusiyadan kritik Suriya açıqlaması, son addımı atmağa hazırlaşırlar

Peskov Türkiyə-Rusiya-İran üçtərəfli Zirvəsinin Türkiyədə keçirilməsi üçün hazırlıqlara davam edildiyi barədə məlumat da verib

 

Kremlin sözçüsü Dmitriy Peskov Suriya Konstitusiya Komitəsinin yaradılması ilə bağlı işlərin başa çatdığını söyləyib.

 

AYNA xəbər verir ki, Peskov Moskvadakı Suriya böhranı ilə bağlı açıqlamalar verib.

 

Suriya Konstitusiya Komitəsinin qurulmasına gəldikdə, Peskov deyib ki, komitənin qurulması üçün son addımı atmaq üzrədirlər.

 

Peskov Türkiyə-Rusiya-İran üçtərəfli Zirvəsinin Türkiyədə keçirilməsi üçün hazırlıqlara davam edildiyi barədə məlumat da verib.

 

“Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqindəki böhranın həlli ilə bağlı dialoqa açıqdır. Putin üçün danışıqlar zamanı əldə edilən razılaşmaları həyata keçirmək vacibdir”, - deyə Peskov bildirib.

Müəllif: Ayna.az      13 Avqust 2019 23:54
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin