Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyədə daha 71 nəfər koronavirusdan ölüb

Türkiyədə daha 71 nəfər koronavirusdan ölüb

Koronavirus can almaqda davam edir 

 

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 71 nəfər ölüb.

 

AYNA-nın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

 

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 117 198 şübhəli koronavirus testindən keçib, onlardan 2102-nin cavabı pozitiv çıxıb, 1581 xəstə isə sağalaraq evə buraxılıb. 

 

Türkiyədə ümumilikdə 355 528 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9584 nəfər ölüb.

 

F.Qoca ağır xəstə sayının çoxluğunu da vurğulayıb: “Bu gün ağır xəstələrin sayı 1599 nəfərə çatıb. Tibb işçilərimiz üçün ən önəmli mübarizə ağır xəstələri müalicə edərək sağaltmaq və bununla da koronovirusdan ölənlərin sayını azaltmaqdır”.

Müəllif: Ayna.az      23 Oktyabr 2020 01:12
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin