Doxsanı haqlamış opera sənətçisinə ilginc ittiham - İş qarşılığında yataq tələb edirmiş

Doxsanı haqlamış opera sənətçisinə ilginc ittiham -        İş qarşılığında yataq tələb edirmiş

 Opera icmasından, ən az 30 qadın ispan ulduzun yersiz cinsi davranışlarının şahidi olduqlarını söyləyiblər

 

Yetmiş səkkiz yaşlı opera ifaçısı Plasido Dominqonun iş üçün müraciət edən qadınları cinsi əlaqəyə girməyə məcbur etdiyi, razı olmayanları isə cəzalandırdığı iddia olunur.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, 8 müğənni və bir rəqqasə 1980-ci illərin sonlarından bəri 30 il ərzində Dominqonun cinsi təcavüzünə məruz qaldıqlarını bildirirlər.

 

Qadınlardan biri soyunma otağında və oteldə, həmçinin nahar görüşlərində Dominqonun sui-istifadə edərək 3 qadını öpdüyünü iddia edir.

 

“Daily Mail” qəzetinin yazdığına görə, bir çox qadın Dominqonun münasibətindən narahatlıqlarını dilə gətiriblər. Opera icmasından, ən az 30 qadın ispan ulduzun yersiz cinsi davranışlarının şahidi olduqlarını söyləyiblər.

Dominqonun qurbanı olduqlarını iddia edən qadınlar arasında müğənnilər, orkestr musiqiçiləri, səhnə arxasında çalışanlar, səs prodüserləri və menecer var.

 

On dörd dəfə Qremmi mükafatını qazanan sənətkara qarşı irəli sürülən ittihamların əksəriyyəti onun Vaşinqton və Los-Anceles operalarında rejissor olduğu dövrlə üst-üstə düşür.

 

Plasido Dominqo isə ittihamları rədd edir. O, bütün əlaqələrin və münasibətlərin ancaq qarşılıqlı razılıq əsasında grçəkləşdiyini iddia edir.

Müəllif: Ayna.az      13 Avqust 2019 19:04
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin