Əsas səhifə Haqqımızda Xəbər lenti

“Status-kvonu Azərbaycan döyüş meydanında dəyişdi” - PREZİDENT

“Status-kvonu Azərbaycan döyüş meydanında dəyişdi” -     PREZİDENT

İlham Əliyev: “Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir”

 

Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciəti zamanı Dağlıq Qarabağla bağlı status-kvo məsələsinə toxunub. AYNA-nın xəbərinə görə, Prezident bildirib ki, status-kvonu Azərbaycan dəyişdirib: “Döyüş meydanında dəyişdik. Bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. İyirmi il biz gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar sadəcə olaraq kağızda qaldı”.

 

Dövlət başçısı qeyd edib ki, siyasi iradə göstərilmədi: “Bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi və mənfur düşmən hesab etdi ki, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz sadəcə olaraq düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyi, məqsədyönlü fəaliyyət, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”.

Müəllif: Ayna.az      20 Oktyabr 2020 16:26
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin