Əsas səhifə Haqqımızda Xəbər lenti

Şentop: “Heç kim Azərbaycanı bu haqq işindən çəkindirə bilməz”

Şentop: “Heç kim Azərbaycanı bu haqq işindən çəkindirə bilməz”

TBMM-nin Sədri: “Vəziyyət belədirsə, Minsk Qrupunun beyin ölümü artıq gerçəkləşib”

 

“Regionda sülhün və sabitliyin təmin olunması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qətnamələri uzun illərdir yerinə yetirilmir. Minsk Qrupu münaqişənin tənzimlənəsi üçün heç bir iradə göstərməyib”.

 

AYNA xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop Milli Məclisin iclasındakı çıxışında səsləndirib.

 

TBMM-in Sədri bildirib ki, Ermənistan Azərbaycana qarşı yeni təxribatlara əl atdı, lakin gözləmədiyi bir vəziyyətlə üzləşdi: “Qəhrəman Azərbaycan Ordusu torpaqların işğaldan azad edilməsi əməliyyatına başladı. Bəzi dövlətlər Azərbaycanı bu haqq işində günahlandırsalar da, Azərbaycan beynəlxalq hüquqa əsasən öz torpaqlarını işğaldan azad edir. Heç kim Azərbaycanı bu haqq işindən çəkindirə bilməz. Türkiyə sona qədər Azərbaycanın yanındadır”.

 

“Heç bir dövlət boşuna müharibə istəməz. Amma söhbət vətənin qorunmasıdırsa, müharibə məqbuldur. Azərbaycanın torpaqları uğrunda apardığı mübarizəsindən, şüarından əl çəkməsini heç kim istəyə bilməz. Heç kim gözləməsin ki, Azərbaycan xalqı bir üzünə şillə vurulduqdan sonra digər üzünü də çevirəcək”, - deyə Şentop vurğulayıb.

 

TBMM-nin Sədri qeyd edib ki, Azərbaycan xalqı heç kimin haqqına göz qoymur: “Heç kimin də onun torpaqlarına göz qoymasına icazə verməyəcək. İlanın bir daha onun torpaqlarına əl uzatmasına yol verməyəcək”.

 

“Ermənistan ordusu Azərbaycanın işğal altında olan torpaqlarından çıxmalıdır. Məsələnin bundan başqa həll yolu yoxdur. Ermənistana dayaq olanlar bilməlidir ki, Qafqazda bunu sona qədər sürdürə bilməzlər. Ermənistan da bilməlidir ki, böyük qardaşları onlara sona qədər dəstək olmayacaq. Ən sonunda onlar qonşuları ilə baş-başa qalmağa məcbur olacaqlar. Ərdoğanın da dediyi kimi, Azərbaycanın daha 30 il gözləməyə səbri yoxdur. Artıq beynəlxalq təşkilatlar öz qərarlarının icra etməyə borcludur. BMT-nin qərarlarını Ermənistan heçə saydı. ATƏT-in Minsk Qrupu problemi həll etmək üçün indiyə kimi heç bir real iradə nümayiş etdirmədi. Hətta həmsədrlərdən biri Türkiyə və Azərbaycanı Ermənistana terror hücumu etməkdə günahlandırdı. Vəziyyət belədirsə, Minsk Qrupunun beyin ölümü artıq gerçəkləşib”, - deyə TBMM-nin Sədri bildirib.

Müəllif: Ayna.az      20 Oktyabr 2020 11:59
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin