Əsas səhifə Haqqımızda Xəbər lenti

Şagirdlərin elektron yerdəyişməsi təxirə salınır

Şagirdlərin elektron yerdəyişməsi təxirə salınır

Elektron portalın açılma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək

 

Azərbaycanda şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır. AYNA xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 noyabr 2020-ci il tarixinədək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır.

 

Qeyd olunub ki, elektron portalın açılma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az      19 Oktyabr 2020 17:19
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin