Əsas səhifə Haqqımızda Xəbər lenti

Prezidentin köməkçisi: “Azərbaycan sülh addımlarına həmişə hazır olub”

Prezidentin köməkçisi: “Azərbaycan sülh addımlarına həmişə hazır olub”

Hikmət Hacıyev: “Dağlıq Qarabağın azərbaycanlı əhalisi erməni əsilli əhali ilə birgə yaşamağa hazırdır”

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Dağlıq Qaeabağ ermənilərinin taleyi ilə bağlı danışıb.

 

AYNA-nın xəbərinə görə, H.Hacıyev deyib ki, Azərbaycan Prezidenti artıq bir neçə dəfə bu barədə bəyan edib: “Cənab Prezident deyib ki, bizim Ermənistanın mülki əhalisi ilə, dinc əhalisi ilə heç bir problemimiz yoxdur. Azərbaycanın Dağlıq Qarabağ ictimaiyyəti, azərbaycanlı əhalisi erməni əsilli əhali ilə birgə yaşamağa hazırdır”.

 

“Azərbaycan sülh yolu ilə addımlar atmağa həmişə hazır olub. Çox təəssüf ki, Ermənistan tərəfi Azərbaycan icmasının mövcudluğunu belə inkar edirdi. Biz bir daha Ermənistan tərəfini çağırırıq ki, erməni və Azərbaycan icmalarının dialoqu istiqamətində addım atsınlar”, - deyə H.Hacıyev qeyd edib.

Müəllif: Ayna.az      19 Oktyabr 2020 16:31
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin