Əsas səhifə Haqqımızda Xəbər lenti

Erməni atəşi nəticəsində ölən və yaralanan mülkilərimizin sayı açıqlanıb

Erməni atəşi nəticəsində ölən və yaralanan mülkilərimizin sayı açıqlanıb

61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb

 

Erməni təxribatı nəticəsində Azərbaycanda ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb. Bu barədə AYNA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb.

 

Eyni zamanda, 341 mülki obyekt, 90 yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binası və 1846 yaşayış evi yarasız vəziyyətə düşüb.

Müəllif: Ayna.az      19 Oktyabr 2020 15:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin