Fransa səfiri: “Gərginlik dövrü bitdi, o səhifə bağlandı”

Fransa səfiri: “Gərginlik dövrü bitdi, o səhifə bağlandı”

Qross: “Doğrudur son zamanlar bəzi gərginliklər oldu, amma...”

 

“Prezident Emmanuel Makron və Prezident İlham Əliyev arasında son həftələr sıx təmas olub”. AYNA xəbər verir ki, bu sözləri Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter” hesabında yazıb. 

 

Səfir deyib ki, ölkələr arasında gərginlik yaranmışdı: “Doğrudur son zamanlar bəzi gərginliklər oldu, amma iki liderin bir-birinə qarşı hər zaman yüksək hörməti olub. Prezident İlham Əliyev son zamanlar yaşanan gərginlik dövrünün bitdiyini söylədi. O səhifə bağlandı. Əslində, mən də bunun üçün çox minnətdaram”.

Müəllif: Ayna.az      18 Oktyabr 2020 21:36
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin