Əsas səhifə Haqqımızda Xəbər lenti

Prezidentin köməkçisi Gəncə terrorunda ölən qızdan yazdı

Prezidentin köməkçisi Gəncə terrorunda ölən qızdan yazdı

Hikmət Hacıyev: “Qonşumuzun qaniçən Ermənistan olduğu üçün bizi bağışla”

 

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan 15 yaşlı Nigarı Əsgərovanın ad günü il bağlı paylaşım edib.

 

AYNA xəbər verir ki, H.Hacıyev bununla bağlı fikirlərini “Twitter” hesabında yazıb: “Ad günün mübarək, Nigar. Qonşumuzun qaniçən Ermənistan olduğu üçün bizi bağışla. Dinc vətəndaşların, uşaqların öldürülməsi Ermənistan silahlı qüvvələrinin standart təcrübəsidir”.

 

O qeyd edib ki, Nigar doğum günündən bir gün əvvəl Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində öldürülüb.

Müəllif: Ayna.az      18 Oktyabr 2020 09:41
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin