Ermənistan cəbhədə vəziyyəti yenidən gərginləşdirir

Ermənistan cəbhədə vəziyyəti yenidən gərginləşdirir

Düşmən Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib

 

Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlardan və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Oktyabrın 18-i səhər saat 07:00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib. Azərbaycan ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.

Müəllif: Ayna.az      18 Oktyabr 2020 10:05
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin