Vaqif Dərgahlı: “Ermənistan növbəti dəfə dinc sakinləri raket atəşinə tutub”

Vaqif Dərgahlı: “Ermənistan növbəti dəfə dinc sakinləri raket atəşinə tutub”

Vaqif Dərgahlı dinc əhalinin atəşə tutulmasına münasibət bildirib 

 

"Ermənistan silahlı qüvvələri gecə saatlarında Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutmaqla dinc sakinləri və mülki infrastrukturu məqsədli şəkildə hədəfə aldığını növbəti dəfə nümayiş etdirdi".

 

AYNA xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

 

"Eyni zamanda qarşı tərəf guya Ermənistan səmasında Azərbaycana məxsus 2 ədəd PUA-nın vurulması barədə də yalan məlumat yayıb. Bu kimi xəbərin də heç bir əsası yoxdur", - deyə o qeyd edib.

Müəllif: Ayna.az      17 Oktyabr 2020 03:05
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin