Türkiyə Liviyada baş verən silahlı hücuma münasibət bildirib

Türkiyə Liviyada baş verən silahlı hücuma münasibət bildirib

Türkiyə Liviyanın şərqində baş verən silahlı hücumu qınayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada “Türkiyənin terror aktını qınaması, həyatını itirənlərin yaxınlarına başsağlığı verməsi, yaralılara isə şəfa diləməsi” qeyd olunub.

 

“Liviyada sülhün davamlı olması, sabitlik və təhlükəsizliyin təmin olunması üçün əlimizdən gələni edəcəyik” - deyə nazirliyin rəsmisi bildirb.

 

Qeyd edək ki, Liviyanın şərqində baş verən silahlı hücum nəticəsində BMT-nin üç əməkdaşı öldürülmüş, üç nəfər isə ağır xəsarət almışdı.

Müəllif: Ayna.az      12 Avqust 2019 21:08
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin