İşğaldan azad olunan sərhəd zastavalarımız üzərində dövlət bayrağımız ucaldılıb

İşğaldan azad olunan sərhəd zastavalarımız üzərində dövlət bayrağımız ucaldılıb

Dövlət Sərhəd Xidməti məlumat yayıb

Azərbaycan-İran dövlət sərhədinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan 132 km-lik hissəsinin azad edilməsinə başlanılması sərhədçilərimiz tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb.

 

Dövlət Sərhəd Xidmətindən AYNA-ya verilən məlumata görə, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki "Çaxırlı" və "Mahmudlu" sərhəd zastavaları üzərində bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən dövlət bayrağımız ucaldılıb və bu sərhəd zastavalarının xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə təntənəli mərasim təşkil edilib.

 

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Ermənistan Silahlı Qüvvələrinin əzəli Azərbaycan torpaqlarından qovulması üzrə döyüş əməliyyatlarında sərhədçilərimizin də şərəflə iştirak etməsi və Silahlı Qüvvələrin digər növləri ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirməsi xüsusi qeyd edilib.

 

Dövlət sərhəd xəttində xidmət aparan hər bir sərhədçi zabitin, gizirin, çavuşun və əsgərin də düşmənə qarşı döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olmaları vurğulanıb, şəxsi heyətin döyüş ruhunun son dərəcə yüksək olması, hərbi qulluqçulardan döyüş bölgəsinə göndərilmə barədə çoxsaylı müraciətlərin daxil olması bildirilib.

 

1993-cü ilin oktyabrında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş və 27 il sonra azad edilmiş həmin ərazidə dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunmuşdur.

 

Yaxın müddətdə işğaldan azad ediləcək digər sərhəd zastavalarında sərhəd mühafizə tədbirlərinin həyata keçirilməsinə hazırlıq tədbirləri davam etdirilir.

 

“Qarabağ Azərbaycandır!”

 

Yaşasın Azərbaycan!

 

Yaşasın Ali Baş Komandan!

Müəllif: Ayna.az      17 Oktyabr 2020 00:50
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin