"Hadrutun ətrafındakı yüksəkliklərin, təpələrin mütləq əksəriyyəti bizim nəzarətimizdədir" - Dövlət başçısı

 "Hadrutun ətrafındakı yüksəkliklərin, təpələrin mütləq əksəriyyəti bizim nəzarətimizdədir" -     Dövlət başçısı

Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib

 

"Atəşkəsi istəyən Ermənistan oldu. Onlar görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmirlər, onları saxlaya bilmirlər, onlar atəşkəs üçün müraciət etdilər. Bizə də belə müraciət gəldi, - bilirsiniz ki, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür, - biz də dedik ki, humanitar məqsədlər üçün, cəsədlərin dəyişdirilməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər. Amma, eyni zamanda, Moskva açıqlamasında bu, göstərildi ki, müzakirələr mahiyyət üzrə bərpa edilməlidir. Həmçinin müzakirələrin formatı da dəyişməz qalmalıdır".

 

AYNA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.

 

Dövlət başçısı bildirib: "Ancaq görünür ki, onlar bu atəşkəsdən istifadə etmək istəyiblər, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil etdilər. Ondan sonra bizim digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Ona görə bu, onların taktikasıdır. Görünür, onlara bu atəşkəs ona görə lazım idi ki, öz qüvvələrini toparlasınlar, səfərbərlik tədbirləri görülsün və bizə yeni hücum təşkil edilsin. Çünki bu atəşkəsdən sonra onlar Hadrut qəsəbəsini yenə də işğal altına almaq istədilər, üç dəfə oraya hücum etdilər. Amma üç dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə, öz işğalçılıq siyasətini davam etdirməkdir".

 

Dövlət başçısı jurnalistlərin ermənilərin "Bu arada, “Hadrut hələ də bizdədir”, - deyə hazırda yalan təbliğat aparılır, qəbul edə bilmirlər", - sualını belə cavablandırıb:

 

"Bəli, bu günə qədər bu yalan təbliğatı aparırlar. Hadrutda artıq neçə gündür ki, Azərbaycan bayrağı dalğalanır. Hadrutun ətrafındakı yüksəkliklərin, təpələrin mütləq əksəriyyəti bizim nəzarətimizdədir. Əgər Hadrut götürülməsəydi, Xocavənd rayonunun kəndləri də götürülə bilməzdi, o zaman Füzuli rayonunun kəndləri də götürülə bilməzdi. Biz ancaq Hadrut istiqamətindən oraya irəlilədik".

Müəllif: Ayna.az      16 Oktyabr 2020 21:49
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin