Əsas səhifə Haqqımızda Xəbər lenti

"Ermənilərin səhnələşdirdiyi videolar təxribat xarakteri daşıyır"

"Ermənilərin səhnələşdirdiyi videolar təxribat xarakteri daşıyır"

Baş Prokurorluq məlumat yayıb 

 

Son günlər bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən "Инфотека24" və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı qanunsuz davranışlarını, o cümlədən guya azərbaycanlı həkimlərin yaralılara qarşı laqeyd münasibət göstərmələrini əks etdirən videogörüntülər yayılıb.

 

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən AYNA-ya bildirilib ki, erməni əsirlərinə qarşı qanunsuz davranışlarla bağlı yayılmış videolarla əlaqədar araşdırma aparılararaq onların saxta olması müəyyən edilib:

 

Bildiririk ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu tipli videolar təxribat xarakteri daşıyır.

 

Videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə, o cümlədən cəmiyyətimizə heç bir aidiyyəti yoxdur.


Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən vətəndaşlarımızdan dövlətimiz üçün həssas və şanlı olan bu dövrdə ayıq-sayıq olmaqla təxribat xarakterli yayılmış videoların ictimailəşdirilməməsi, o cümlədən mobil tətbiqlər vasitəsilə yaymamaq xahiş olunur".

Müəllif: Ayna.az      16 Oktyabr 2020 20:25
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin