Əsas səhifə Haqqımızda Xəbər lenti

İlham Əliyev: "Şuşasız bizim işimiz yarımçıq olar"

İlham Əliyev: "Şuşasız bizim işimiz yarımçıq olar"

Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib

 

“İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlərlə müqayisədə eynidir, bərabərdir”.

 

AYNA xəbər verir ki, bunu Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

 

“Siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Müzakirələr zamanında da hər zaman bu məsələ gündəlikdə idi” ,-deyə, Prezident əlavə edib.

Müəllif: Ayna.az      16 Oktyabr 2020 18:11
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin