“Hər birimiz karantin qaydalarına ciddi əməl etməliyik”

“Hər birimiz karantin qaydalarına ciddi əməl etməliyik”

Yaqut Qarayeva: “Müsbət nəticə əldə etmək, orduya dəstək olmaq üçün ictimai qınaq olmalıdır”

 

“Bu gün biz daha çox lokal qapanmalara gedirik. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də qeyd olunub ki, iqtisadi vəziyyəti nəzərə alaraq ölkələr tam böyük bir qapanmalara getməsinlər, daha çox lokal məhdudiyyətlər tətbiq olunsun. Biz də artıq bu prosesə başlamışıq. Ümid edirik ki, proseslər nəticə verəcək”. AYNA xəbər verir ki, bu sözləri Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

 

TƏBİB rəsmisi bildirib ki, müsbət nəticə əldə etmək, orduya dəstək olmaq üçün ictimai qınaq olmalıdır: “Hər birimiz karantin qaydalarına ciddi əməl etməliyik - maska taxmalı, ara məsafəsi saxlamalı, gigiyena qaydalarına əməl etməliyik. İctimai qınaqdan heç kim çəkinməsin, bu, özümüzü xəstəlikdən qorumaqda da faydalıdır”.

Müəllif: Ayna.az      16 Oktyabr 2020 12:56
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin