“Qarabağa rus sülhməramlıları gələrsə, quzunu qurda tapşırmış olacaqsınız” - ARESTOVİÇ

“Qarabağa rus sülhməramlıları gələrsə, quzunu qurda tapşırmış olacaqsınız” -         ARESTOVİÇ

Qarabağdakı “sülhməramlılar” Rusiyaya lazım olan anda, asanlıqla ağ dəbilqələrini yaşıla dəyişəcəklər”

 

Rusiya rəsmi olaraq Ermənistanı strateji müttəfiqi adlandırsa da, onların münasibətinə ən dəqiq qiyməti Rusiya Federasiyası Dövlət Dumasının keçmiş sədri Boris Qrızlov vermişdi: “Ermənistan Rusiyanın Qafqazdakı forpostudur”. Rusiya, dövlət sərhədləri də daxil olmaqla, Ermənistanda demək olar ki, hər şeyə nəzarət edir. Rusiyanın burada öz hərbi bazası var.

 

İndi isə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Rusiya hərbi müşahidəçilərinin Dağlıq Qarabağdakı atəşkəsin izlənməsi mexanizminə daxil edilə biləcəyini söylədiyini eşidirik. Və o dəqiqə, bir neçə gün əvvəl yayılan bir informasiya yadıma düşdü: Azərbaycan Rusiya sülhməramlılarını Dağlıq Qarabağda yerləşdirməkdən imtina etdi. Bu barədə “Heritage” Fondunun Beynəlxalq siyasət mərkəzinin rəhbəri Lyuk Koffe öz “Twitter” səhifəsində yazmışdı. Onun sözlərinə görə, bu təklifi Ermənistan irəli sürüb və təbii ki, Rusiya bu fikri dəstəkləyib. Amma Azərbaycan buna nəinki razı olmayıb, hətta ATƏT-in Minsk Qrupunun heç bir həmsədr ölkəsinin qoşunlarının heç vaxt Dağlıq Qarabağda sülhməramlı olmaması lazım olduğunu da əlavə edib.

 

Gördüyümüz kimi, Ermənistan və Rusiya açıq şəkildə vahid mövqedən çıxış edir, Azərbaycana təzyiq göstərməyə çalışırlar. Eyni zamanda, hər iki tərəf də Türkiyənin prosesə müdaxiləsinin yolverilməzliyi barədə haray çəkir. Sinizm? Əlbəttə. Ancaq Rusiya tərəfdən başqa bir şey gözləməyək düz deyil. Onların erməni tərəfinin xəyallarına cavab verən istəklərinin “ədalətli istək” olaraq ortada qalması başqa bir məsələdir.

 

“Bölgəyə sülhməramlıların göndərilməsi hər iki ölkənin - Ermənistanın və Azərbaycanın icazəsi əsasında olmalıdır. Hamı başa düşməlidir ki, bu gün sülhməramlıların gətirilməsindən danışarkən, söhbət Azərbaycan torpaqlarından gedir və icazəmiz olmadan torpaqlarımıza heç bir sülhməramlı göndərilə bilməz. Bu, beynəlxalq hüquqa ziddir və qəbuledilməzdir”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına verdiyi müsahibəsində söyləyib.

 

“Belə istəklər ola bilər. Bunu istisna etmirəm, amma bütün məsələlər masada həll olunmalıdır. Qeyd etmək istərdim ki, müzakirə olunan əsas prinsiplərdə sülhməramlıların yerləşdirilməsi yalnız son mərhələdə təmin olunur. Yəni, ilk növbədə yuxarıda qeyd etdiyim məsələlər həll olunmalıdır: torpaqların boşaldılması, məcburi köçkünlərin geri qaytarılması, rabitə məsələləri, sərhədlərin açılması, ticarət. Bundan sonra sülhməramlıların gəlişi istisna edilmir”, - dövlət başçısı bildirib.

 

Yəni, bir daha Moskvanın ermənilərin dili ilə səslənən təklifinə qəti bir “yox” deyildi. Bu məsələni irəli sürmək cəhdlərinin gələcəkdə də davam etməyəcəyi fakt deyil - Ermənistanın döyüş meydanında məğlub olması və buna görə Azərbaycan qoşunlarının uğurlu irəliləməsini dayandırmaq istəyi göz qabağındadır. Ancaq Bakı da şərtlərini açıq və dürüst səsləndirdi. Top indi Rusiya Federasiyasının təzyiq göstərməli olduğu rəqibin tərəfindədir.

Oxu.az - Aleksey Arestoviç: Azərbaycan Ermənistan ordusunun əzişdirilməsi  üzrə ehtiyatlı iş nümayiş etdirir – MÜSAHİBƏ

Məşhur ukraynalı hərbi ekspert Aleksey Arestoviç AYNA-ya bununla bağlı şərh verib: “Rusiyanın addımları həmişə və hər yerdə eyni, oxunması asan hədəfləri güdür - hərbi və siyasi varlığını təmin etmək. Rus sülhməramlılarının Rusiya hərbi kəşfiyyatı və FSB ilə sıx əlaqədə hərəkət edəcəyi başa düşülməlidir. Kəşfiyyat məlumatları toplayacaq və erməni tərəfinə ötürəcəklər. Beynəlxalq müşahidəçilər və sülhməramlılar adı altında Azərbaycanın təşəbbüslərinin reallaşmasının qarşısını alacaqlar. O zaman bu “sülhməramlılar” Rusiyanın ehtiyac duyduğu anda çox asanlıqla ağ dəbilqələrini yaşıl dəbilqələrə dəyişəcək və vaxtı ilə Gürcüstan-Cənubi Osetiya münaqişəsi zonasında olan hadisələr təkrarlanacaq”.

 

“Orada, sizə xatırlatmaq istərdim ki, rus sülhməramlıları Cənubi Osetiyadan olan separatçılar üçün “korrektə edən” rolunu oynadılar və ümumiyyətlə onlara çox kömək etdilər. Gürcüstan-Cənubi Osetiya müharibəsi təcrübəsini bir daha xatırladaraq, bu rus “sülhməramlılarının” öz əsgərliklərinizin azad etdiyi əraziləri əhəmiyyətli dərəcədə azaltmaqla, öz postlarını Azərbaycanın dərinliyinə keçirməyə başlayacaqlarını da mümkün hesab edirəm. Demarkasiya xəttinin razılaşdırılması ilə bağlı sonsuz mübahisələr və qarşıdurmalar olacaq. Bir sözlə, türk sülhməramlılarının iştirakı olmadan rus “sülhməramlılarının” varlığına razılıq verərək, Azərbaycan, məcazi mənada “quzunu qurda tapşırmış olacaq”, - ekspert bildirib.

Müəllif: Əkbər Həsənov      16 Oktyabr 2020 19:16
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin