Qırğızıstan Parlamenti Prezidentin istefasını qəbul edib

Qırğızıstan Parlamenti Prezidentin istefasını qəbul edib

Jeenbekov ölkə başçısı olaraq son çıxışını edib

 

Qırğızıstan Parlamentinin bu gün keçirilən növbədənkənar iclasında Prezident Sooronbay Jeenbekovun istefası rəsmi olaraq qəbul edib. AYNA xəbər verir ki, Jeenbekov parlamentdə dövlət başçısı kimi son çıxışını edib.

 

Sabiq Prezident deyib ki, o, ölkədəki qarşıdurmanı aradan qaldırmaq üçün istefa verib: “Qırğızıstanda sülh və sabitliyin qorunması mənim üçün hər şeydən üstündür. Mən Qırğızıstanın tarixində qan tökən, öz vətəndaşlarına güllə atan Prezident kimi qalmaq istəmədim”.

 

İclasda Prezidentin səlahiyyətlərinin rəsmi olaraq Baş Nazir Sadır Japarova verilməsi məsələsi müzakirə edilib və deputatlar onun lehinə səs veriblər. Yeni prezident seçkiləri keçirilənədək Japarov həm də dövlət başçısının səlahiyyətlərini yerinə yetirəcək.

 

Qeyd edək ki, Jeenbekov ölkədə 10 gündür davam edən etiraz aksiyalarından sonra dünən istefa verdiyini açıqlayıb. Qırğızıstanda növbəti president seçkiləri 2021-ci il yanvarın 10-dan gec olmayaraq keçiriləcək.

Müəllif: Ayna.az      16 Oktyabr 2020 12:42
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin