Əsas səhifə Haqqımızda Xəbər lenti

“Məktəblərin tətilə getməsi qərarını düzgün hesab edirik” - NAZİR

“Məktəblərin tətilə getməsi qərarını düzgün hesab edirik” -       NAZİR

Emin Əmrullayev təhsil müəssisələrində tətilin səbəbini açıqlayıb

 

Ölkədə koronavirusa yoluxma sayının artımı təhsil müəssisələrinin müvəqqəti bağlanmasına səbəb oldu. AYNA xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə bildirib. Nazir deyib ki, yoluxma dinamikasının artımı nəzərə alınaraq, gələn həftənin birinci günündən məktəblərdə tətil elan olunub.

 

“Nəzərə alınmalıdır ki, yoluxma ilə bağlı iki milyona yaxın təhsilalan və bir neçə min təhsil işçisi təhlükə qarşısında qalır. Onların təhlükəsizliyi nəzərə alınaraq, bu addım atılıb. Sentyabrın 15-dən bir həftə ərzində iki məktəb bağlanmışdısa, son günlər yoluxma halları ilə bağlı gündə bir neçə təhsil müəssisəsi bağlanıb. Bununla bağlı qərarı düzgün hesab edirik. Yoluxmanın 500-ə qalxması təhlükəlidir. Əminik ki, iki həftə ərzində stabilləşmə əldə olunacaq. Noyabrın 2-dən sonra yenidən təhsilin davam etdirilməsi ilə bağlı məsələyə baxılacaq”, - deyə E.Əmrullayev vurğulayıb.

Müəllif: Ayna.az      16 Oktyabr 2020 11:47
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin