Əsas səhifə Haqqımızda Xəbər lenti

Avropa Birliyi Rusiyanın bir neçə məmuruna sanksiya tətbiq edib

Avropa Birliyi Rusiyanın bir neçə məmuruna sanksiya tətbiq edib

Həmin şəxslərin AB-nə giriş-çıxışı dayandırılır, onların bank hesabları dondurulur

 

Avropa Birliyi (AB) Rusiyanın yüksək çinli məmurlarına qarşı sansksiya tətbiq edib. Bu barədə AYNA xarici mediaya istinadən məlumat verir.

 

Müxalifət fəalı Aleksey Navalnının zəhərlənməsi ilə bağlı AB Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Prezident Administrasiyası rəhbərinin 1-ci müavini Sergey Kirienko, Prezident İdarəsinin daxili siyasət şöbəsinin rəisi Andrey Yarin, Müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko və Pavel Popov sanksiyaya məruz qalıb.

 

Bununla yanaşı, Rusiya Prezidentinin Sibir Federal Dairəsindəki nümayəndəsi Sergey Menyayloya qarşı personal məhdudlaşdırıcı tədbirlər həyata keçirilib.

 

Siyahıdakı şəxslərin AB-yə giriş-çıxışı dayandırılır, onların bank hesabları dondurulur.

Müəllif: Ayna.az      15 Oktyabr 2020 15:32
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin