Əsas səhifə Haqqımızda Xəbər lenti

Etitazçılar Jeenbekovun istefasını alqışladı: Yeni tələbləri var

Etitazçılar Jeenbekovun istefasını alqışladı: Yeni tələbləri var

Nümayişçilər indi də parlamentin buraxılmasını istəyirlər

 

Sooronbay Jeenbekov Qırğızıstan Prezidentliyindən istefa qərarını açıqlayandan sonra Bişkekdəki etirazçılar yeni bir tələb irəli sürüblər. AYNA “Sputnik Qırğızıstan”a istinadən bildirir ki, hazırda etirazçılar dövlət iqamətgahının yaxınlığındakı İssık-Kul otelinin qarşısında toplaşıblar.

 

Prezidentin istefası xəbərini mitinqçilərə fəallardan biri, deputatlığa keçmiş namizəd Sıymık Japıkeev oxuyub. Nümayişçilər Prezidentin istefasını ayaq üstə alqışlayıblar.

 

Bundan sonra etirazçılar yeni tələbi irəli sürüblər. Yeni tələb isə Qırğızıstan Parlamentinin buraxılmasıdır.

 

Qeyd edək ki, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov bu gün istefa etdiyini açıqlayıb. Jeenbekov açıqlamasında deyib ki, yeni hökumətin təyin edilməsi cəmiyyətdəki gərginliyi aradan qaldırmadı, ölkədə etirazlar səngimədi və Prezidentin dərhal istefası tələb olundu.

 

“Mən hakimiyyəti əlimdə saxlamıram. Ölkə tarixində qan tökən və öz vətəndaşlarına atəş açan bir Prezident kimi qalmaq istəmirəm”, - deyə Jeenbekov bildirib.

 

Bununla yanaşı, dövlət başçısı müxalif siyasətçiləri tərəfdarlarını küçələrdən yığışdırmağa səsləyib: “Heç bir güc ölkəmizin bütövlüyünə və cəmiyyətdəki harmoniyaya zərər verməməlidir”.

 

Xatırladaq ki, oktyabrın 4-də Qırğızıstan parlamentinə keçirilən seçkilərin nəticələri ilə barışmayan müxalif siyasi partiyaların rəhbərləri və üzvləri 10 gündür Bişkekin mərkəzindəki Ala-Too meydanında kütləvi mitinqlər təşkil edirlər. Etirazçıların tələbi ilə yeni seçilmiş parlament buraxıldı. Bununla yanaşı, Qırğızıstan Prezidenti Baş Nazirin səlahiyyətlərini icra edən Kubatbek Boronov başda olmaqla, hökumətin bütün üzvlərini istefaya göndərdi. Amma etirazlar davam edirdi.

Müəllif: Ayna.az      15 Oktyabr 2020 14:56
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin