Əsas səhifə Haqqımızda Xəbər lenti

Bəzi kəndlərə də giriş-çıxış dayandırılıb

Bəzi kəndlərə də giriş-çıxış dayandırılıb

 

​​​​​​​Lənkərana, Quba şəhərinə və rayonun bəzi kəndlərinə giriş-çıxış dayandırılıb

 

Lənkəran rayonunun, Quba şəhərinin və Quba rayonunun bəzi kəndlərinə giriş-çıxışın dayandırılması ilə bağlı Nazirlər Kabineti tərəfindən Qərar qəbul edilib.

 

AYNA xəbər verir ki, qərara əsasən operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə də giriş-çıxış dayandırılır.

 

Qərar 2020-ci il 15 oktyabr saat 00:00-dan qüvvəyə minir.

Müəllif: Ayna.az      14 Oktyabr 2020 22:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin