Əsas səhifə Haqqımızda Xəbər lenti

"Ermənistanın yaydığı yalanların məqsədi öz xalqını sakitləşdirməkdir" - Müdafiə Nazirliyi

 "Ermənistanın yaydığı yalanların məqsədi öz xalqını sakitləşdirməkdir" -     Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi məlumat yayıb

 

"Hərbi qurumun nümayəndəsi hər gün mətbuat qarşısına həqiqəti əks etdirməyən məlumatlar və itkilər haqqında yalan statistikalarla çıxmağa məcburdur. Onun məqsədi cəbhədə böyük itkilərə məruz qalaraq bir-birinin ardından yaşayış məntəqələrimizi qoyub qaçan Ermənistan silahlı qüvvələrinin uğursuzluqlarını ört-basdır etmək, öz xalqını sakitləşdirmək və eyni zamanda bu təxribat xarakterli məlumatlarla dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır"

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib.

 

"Bir daha rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir", - deyə xəbərdə bildirilir.

Müəllif: Ayna.az      14 Oktyabr 2020 01:34
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin