"Heç kimin bayramını təbrik etmirəm"

"Heç kimin bayramını təbrik etmirəm"
"Özü ilə çoxları o dünyaya yığdıqlarını da aparıblar"
 
"Bu gün, deyəsən müqəddəs Qurban bayramıdır. Səhər tezdən şəhərə çıxıb bayram əhval-ruhiyyəsinin olub-olmaması ilə maraqlandım. Sadəcə şok keçirib qayıtmışam evə. Ona görə də HEÇ KİMİN Bayramını təbrik etmirəm. Bu, sadəcə rüsvayçılıq və başıpozuqluqdur".
 
AYNA xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov özünün "Facebook" hesabında yazıb. 
 
Ü.Cəfərov qurbanlıq heyvanların çox baha qiymətə satıldığını qeyd edib: "Yaxın dostum qurban kəsdirmək istəyirdi. Qiymətləri sorusduq. Qoyunun qiyməti, sadəcə dilə gətiriləsi deyil. Kilosunu artıq 14 manatdan satırlar. Adi günlərdə 13 manatdan baha olmurdu. Diri qoyuna isə kilosu 7 manatdan "qiymət oxuyurlar". Diri çəkisi 20 kilo olan qoyuna 150 manat verib, getdik Mirmövsüm Aga ziyarətgahına".
Ekspertin yazdığına görə, ziyarətgahda qoyunun kəsiminə hər kəsdən 5 manat pul alırlar: "Yarım saatdan sonra sənə sadəcə "ütülmüş" qoyunu salafana qoyub verirlər. Qoyunun, heç olmasa əvvəlki illərdə olduğu kimi 4 yerə bölünməsini xahiş etdik. Dedilər, artıq bu işlə məşğul olmurlar, "qarşı tərəfdə - maşın dayanacağının içində hansısa işbaz doğram yeri açıb, pulunu ver, qoyunu doğratdır". Lazım olmadı. Ziyarətgahdan 100 mert aralıqda bizə qoyunu artıq 5 manata deyil, 10 manata doğradıqlarını rəsmən elan etdilər". 
 
Ü.Cəfərov aidiyyti qurumlara da səslənib:"Bütün bunları ona görə ətraflı yazdım ki, Bakı şəhərinin rəhbəri Eldar Əzizov və Qafqaz Müsəlmanlarının ömürlük rəhbəri Hacı Allahşükür Paşazadənin özünün və yaxın ətrafının oxuyub nəticə çıxartması asan olsun".
 
"Dəyərli dostlar. Ölkənin ən yüksək məvacib və təqaüd alan şəxsi kimi deyirəm ki, əgər mən normal qurban kəsməyə çətinlik çəkirəmsə, sadəcə maraqlıdır ki, yerdə qalanlar hansı halal pula və imkana "Bayram qeyd edirlər?!"  Borca və ya haram pula Qurban bayramı qeyd olunursa, onda "Bayramınız mübarək" olsun. Əslində isə ətrafda baş verənlərin fonunda, heç bir bayram əhval-ruhiyyəsi yoxdur. Gəlin, yalandan özümüzü "bomba oğlan" və ya xanım kimi göstərmək üçün boğazdan yuxarı, "ay müqəddəs bayramınız mübarək, filan yazmayaq". Ona görə də, üzürlü sayın ovqatınızı pozdumsa. İnşallah nə vaxt normal yaşam olar və insanlar üzdən yox, daxildən gülə biləcəklərsə, əsl Qurban bayramını o vaxt qeyd edərik", - deyə hərbi ekspert vurğulayıb. 
 
O, əlavə edib ki, hələliksə, bu bayram bir qisim adamlar üçün adı müsəlman olub, amma əməlləri müsəlmançılığa yad olan talançı, yalançı, oğru, haramla arvad uşaq saxlıyanlar üçün qaz vurub qazan doldurmaq üçün unikal fürsətdir: "Davam edin yoldaşlar və tovarişlər! Özü ilə çoxları o dünyaya yığdıqlarını da "aparıblar". Siz də aparacaqsınız. Allah Azərbaycan xalqına və dövlətinə kömək olsun!!!"
Müəllif: Ayna.az      11 Avqust 2019 20:06
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin