Əsas səhifə Haqqımızda Xəbər lenti

Düşmənin bank müştərilərini hədəf alan təxribatı davam edir

Düşmənin bank müştərilərini hədəf alan təxribatı davam edir

“Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər”

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin təxribat törətmək məqsədilə Azərbaycan Banklar Assosiasiyasının adından saxta məktublar göndərdiyini qeydə alıb.

 

Nazirlikdən AYNA-ya verilən məlumata görə, “Telegram”, “WhatsApp” və digər kanallar vasitəsilə vətəndaşlara göndərilən saxta məktubda guya Azərbaycan banklarının kiberhücumlara məruz qaldığı və Elektron Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılanadək bank müştərilərinin hesablarının müvəqqəti dondurulacağı bildirilir.

 

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər.

 

Azərbaycan Banklar Assosiasiyasının rəsmi saytında yerləşdirilən məlumat və onun adından göndərilən saxta məktub əlavə olunur.

 

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu kimi hallarla üzləşdikdə, “1654” qaynar xətti, “www.cert.az” saytı və ya “reports@cert.az” elektron poçt ünvanı vasitəsilə xidmətə müraciət etmələrini xahiş edir.

Müəllif: Ayna.az      13 Oktyabr 2020 12:38
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin