Əsas səhifə Haqqımızda Xəbər lenti

AFFA monteneqrolu futbolçu ilə bağlı UEFA-ya müraciət ünvanlayacaq

AFFA monteneqrolu futbolçu ilə bağlı UEFA-ya müraciət ünvanlayacaq

Andriya Draqoyeviç sosial şəbəkədə təxribatçı paylaşım edib

 

UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 10-da Podqoritsa şəhərində keçirilmiş Monteneqro - Azərbaycan oyunundan sonra monteneqrolu futbolçu Andriya Draqoyeviçin sosial şəbəkə hesabında təxribat xarakterli paylaşım etməsi barədə məlumatımız var. Bu, üçüncü tərəf olan milli assosiasiyanın nümayəndəsinin hər hansı şəkildə aidiyyəti olmadığı məsələyə müdaxiləsi kimi qeyri-etik olmaqla yanaşı, eyni zamanda, separatçı rejimin təbliğatına cəhd olduğu üçün yolverilməzdir və AFFA bunu sərt şəkildə qınayır.

 

AYNA xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş Monteneqro – Azərbaycan oyunundan sonra monteneqrolu futbolçu Andriya Draqoyeviçin sosial şəbəkədə təxribatçı paylaşımı ilə bağlı AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlamasında deyib.

 

E.Məmmədov bildirib ki, biz araşdırdıq, həmin futbolçu Azərbaycan millisi ilə oyunda Monteneqro komandasının heyətində olmasa da, bu, bizim məsələyə münasibətimizi dəyişmir. Doğrudur, həmin oyunda Monteneqro millisinin ehtiyat oyunçular siyahısında Draqoyeviç soyadlı futbolçu olub, lakin bu digər oyunçudur - Miloş Draqoyeviç.

 

Oktyabrın 12-də məsələ ilə əlaqədar AFFA rəsmi qaydada UEFA-ya müraciət ünvanlayacaq. Artıq UEFA-ya şifahi məlumat verilib.

Müəllif: Ayna.az      12 Oktyabr 2020 07:31
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin