Əsas səhifə Haqqımızda Xəbər lenti

Gəncənin atəşə tutulması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

Gəncənin atəşə tutulması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

Düşmənin atəşi nəticəsində ölənlərdən 4-ü qadındır

 

Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02.00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub.

 

AYNA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.

 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub.

Müəllif: Ayna.az      11 Oktyabr 2020 13:15
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin