Əsas səhifə Haqqımızda Xəbər lenti

Ermənilərdən növbəti təxribat: Ordumuzun kilsəni vurması yalandır

Ermənilərdən növbəti təxribat: Ordumuzun kilsəni vurması yalandır

Tural Gəncəliyev: “Paşinyan daha çox terrorçu gətirmək üçün “din kartı”nı oynayır”

 

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, deputat Tural Gəncəliyev ermənilərin Şuşada kilsənin vurulması ilə bağlı iddiasına münasibət bildirib. AYNA xəbər verir ki, Gəncəliyev bu barədə “Twitter”də paylaşım edib.

 

İcma rəhbəri qeyd edib ki, Azərbaycan Ordusunun Şuşa şəhərində “kilsəyə hücum” xəbərlərinin yayılması Azərbaycanın günahlandırıldığı növbəti təxribatdır: “Azərbaycan kilsəni Bakıda qoruyur. Azərbaycan Ordusu belə bir kilsəyə Şuşada hücum etməz”.

 

“Ermənistanın məqsədi “din kart”ından istifadə edərək xaricdən daha çox terrorçu cəlb etməkdir. Paşinyanın sivilizasiyaya baxışı bunu “təsdiq” edir”, - deyə T.Gəncəliyev vurğulayıb.

Müəllif: Ayna.az      9 Oktyabr 2020 10:44
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin