Əsas səhifə Haqqımızda Xəbər lenti

Ədəbiyyat üzrə Nobel mükafatı qadın yazıçıya verildi

Ədəbiyyat üzrə Nobel mükafatı qadın yazıçıya verildi

Amerikalı yazıçı Luiza Qlyuk mükafata layiq görülüb

 

Ədəbiyyat sahəsində 2020-ci il üzrə Nobel mükafatına amerikalı yazıçı Luiza Qlyuk layiq görülüb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İsveç Akademiyasının üzvləri Stokholmda baş tutan xüsusi tədbirdə məlumat veriblər.

 

Qeyd olunub ki, Luiza Qlyuk “sərt gözəlliyi ilə fərdi varlığı universal hala gətirən səhvsiz şeir səsinə görə” bu mükafata layiq görülüb.

 

Qeyd edək ki, 1901-ci ildən etibarən Nobel Fondu tərəfindən təqdim edilən ədəbiyyat üzrə bu mükafat hər il müvafiq sahədə nailiyyətlərə görə verilir.

Müəllif: Ayna.az      8 Oktyabr 2020 16:35
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin