Əsas səhifə Haqqımızda Xəbər lenti

Düşmən alternativ buraxmadı: Azərbaycanın son və qəti şərti var

Düşmən alternativ buraxmadı: Azərbaycanın son və qəti şərti var

Səməd Seyidov: “Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir”

 

Ermənistanın Baş Naziri Nikol Paşinyan “Frans Press” nəşrinə müsahibəsində rəsmi İrəvanın Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı güzəştə getməyə hazır olduğunu bildirib, amma: “Ermənistan Dağlıq Qarabağ münaqişəsində güzəştə gedə bilər, o qədər ki, Azərbaycan güzəştə gedə bilər”.

 

AYNA-nın mövzuya dair suallarını Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov cavablandırıb.

 

- Səməd müəllim, sözügedən açıqlamaya istinadən etsək, Ermənistan, əslində nə istəyir?

 

- Ermənistan tərəfi bu açıqlamalarla beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir. Onlar nəinki bu açıqlamalarla, eləcə də bütün davranışları, bütün addımları və bütün bəyanatları ilə beynəlxalq ictimaiyyəti tamamilə başqa bir istiqamətə yönləndirmək istəyirlər. Lakin bu dəfə istəklərinə nail ola bilmirlər. Onların taktikası bundan ibarətdir ki, guya, vurulan da, əziyyət çəkən də onlardır. Bizə qarşı cinayət törədirlər, torpaqlarımızı işğal edirlər, soyqrıma məruz qoyurlar, etnik təmizləmələr aparırlar, amma deyirlər ki, bütün bunlar yaddan çıxsın və bundan sonra nə baş versə, bunların hamısında Azərbaycan ittiham edilsin. Məhz, faciə də bundan ibarətdir.

Səməd Seyidovun yerinə təyinat baş tutdu

Elə buna görə də Paşinyanın istər BBC-yə, istər “Frans Press”ə, istərsə də digər informasiya mənbələrinə verdiyi yalan və iftira dolu müsahibələrin hamısı ictimaiyyəti çaşdırmaqdan ibarətdir. Təəssüf ki, Ermənistanın bu cür yalan və iftiralarına dəstək verən ölkələr də var. Lakin bütün ciddi ekspertlər, yüksək səviyyəli mütəxəssislər kimin kim olduğunu və proseslərin hansı istiqamətdə cərəyan etdiyini çox yaxşı başa düşürlər. 

 

- Beynəlxalq ictimaiyyət demişkən, beynəlxalq ictimaiyyət hərbi əməliyyatları dayandırmaq üçün mütəmadi çağırışlar edir və atəşkəsə səsləyir. Bu çağırışlar əməliyyatların dayandırılmasına təsir göstərə bilər?

 

- Atəşkəsin bərpa olunması, sülh danışıqları ilə bağlı çağırışların olması təbiidir. Lakin bu çağırışların ancaq Ermənistanın xeyrinə olmasını da düşünməyə ehtiyac yoxdur. Atəşkəsin bərpa olunması ilə bağlı danışıqların olması əsas məsələ deyil. Əsas məsələ ondan ibarətdir ki, beynəlxalq ictimaiyyətin Azərbaycan torpaqlarının işğalı və haqq işiylə bağlı artıq kifayət qədər məlumatı var. Bu nöqteyi-nəzərdən biz öz işimizi görməli, möhkəm olmalı və bu istiqamətdə olan çağırışlara fikir verməməliyik. Əksinə, diplomatik səylərimizlə bunun nə dərəcədə yanlış olması ilə bağlı aktiv fəaliyyət göstərməliyik.

 

Hesab edirəm ki, belə çağırışlar olanda demək lazımdır ki, biz də atəşkəs istəyirik, amma bir şərtlə ki, işğalçı ölkənin qoşunları Azərbaycan torpaqlarından çıxsın. Yoxsa, biz bu gün atəşkəs elan edək, sabah yenə də eyni şeylər baş versin və bu məsələ uzun illər həll olunmasın. Bu, dözülməzdir. Azərbaycan xalqı bunu qəbul etmir və heç vaxt bununla razılaşa bilməz. Yalnız ərazilərimizdən terrorçu qruplar çıxandan sonra söhbət edə bilərik.

 

- Bir sözlə, düşmən alternativ yol buraxmayıb...

 

- Əlbəttə ki, artıq alternativ yol ola bilməz. Çünki alternativ yol 30 ildir ki, davam edir. Alternativ yol Azərbaycanın torpaqları işğal ediləndən sonra danışıqlarda iştirak etməsi idi. Bizə tez-tez güzəştimizin nədən ibarət olması ilə bağlı suallar verirlər. Bizim güzəştimiz ondan ibarət olub ki, torpaqlarımızı işğal ediblər, etnik təmizləmə aparıblar, 1 milyon insanı yurd-yuvasından didərgin salıblar, amma buna baxmayaraq danışıqlarda iştirak etmişik. Yəni, işğalçı, cinayət törətmiş tərəflə özümüzü danışıqlara məcbur etmişik. Bundan böyük güzəşt ola bilərdimi? 30 il Azərbaycan bu güzəştlərlə ümidlər bəsləyib. İndi yenidən həmin mərhələyə qayıdaq? Bu, mümkün olan şey deyil. Ona görə də alternativ birdir: biz torpaqlarımızı danışıqlar yolu ilə azad etməyə bir halda hazırıq ki, erməni qoşunları torpaqlarımızdan çəkilsin.

Müəllif:      8 Oktyabr 2020 16:01
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin